Rumıniyada keçirilən 19 yaşadək futbolçular arasında Avropa çempionatına yekun vurulub. 


Rekord.az xəbər verir ki, final matçında İspaniya və Niderland yığmaları üz-üzə gəlib. 


Görüşün taleyini avtoqol həll edib. İspaniya millisinin qapıçısı Raul Ximenez matçın 63-cü dəqiqəsində topu öz qapısına göndərib. 


Yekunda 1:0 hesablı qələbə qazanan Niderland U-19 millisi Avropa çempionu olub.