PSJ-nin futbolçusu Neymar Fransa Liqasının 3-cü turunda “Marsel”lə matçdan sonra (0:1) rəqibin oyunçusu Alvaro Qonzalesin ona qarşı irqçilik etməsi ilə bağlı fikirlərini bildirib.

Rekord.az Fransa mətbuatına istinadən xəbər verir ki, braziliyalı hücumçu 30 yaşlı müdafiəçinin ona “qara” dediyini və günahını etiraf etmədiyini söyləyib. Neymar həmin məsələyə görə öz Tvitter hesabında paylaşım edərək, bunları yazıb:

“Səhvini etiraf etmirsənsə, kişi deyilsən. Məğlub olmaq idmanın bir hissəsidir, irqçilik və təhqir isə yox. Mən sənə hörmət etmirəm. Sənin kişiliyin çatmır. Kişi ol. İrqçi!”

Qeyd edək ki, Neymar "Marsel"lə görüşdə Qonzalesin başına yumruq vurduğu üçün meydandan qovulmuşdu. Fransa mətbuatı onun 7 oyunluq cəzalana biləcəyini yazıb.