ABŞ-nin "Kolumbus Kru" komandasında çıxış edən Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadə yeni klubunda ilk oyununa çıxıb.


Rekord.az xəbər verir ki, "Toronto"ya qarşı matçın 88-ci dəqiqəsində meydana çıxan Axundzadə debüt edib.


O, Andre Qomesi əvəzləyib. Matç "Kolumbus Kru"nun məğlubiyyəti (1:2) ilə yekunlaşıb.


"Kolumbus Kru" 5 oyundan sonra 2 xalla yarış cədvəlinin 14-cü pilləsində qərarlaşıb.