"Neftçi"nin transfer qadağası götürüldü! - Rəsmi
- 20:37
- 40
FİFA tərəfindən "Neftçi" PFK-ya qoyulan transfer qadağası götürülüb. "Rekord.az" xəbər verir ki, bu barədə ali futbol qurumunun rəsmi saytında məlumat verilib. Daha doğrusu, klubun adı FİFA Qeydiyyat Qadağaları - FIFA Registration Bans siyahısından çıxarılıb.
"Neftçi" klubu özü də "Rekord.az"-a bu xəbəri təsdiqləyib və borc məsələsini tam həll etdiklərini bildirib.