Özbəkistan futbol tarixinin rəmzi komandası açıqlanıb.

Rekord.az xəbər verir ki, bu “11-liy”i Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) müəyyənləşdirib.

Simvolik komandaya “Neftçi”nin sabiq müdafiəçisi Mustafa Bilalov da düşüb. 65 yaşlı veteran oyunçu 1985-1987-ci illərdə Bakı klubunun heyətində 83 oyun keçirib, 2 qol vurub.

Qapıçı: Yuri Pşeniçnikov;

Müdafiəçilər: Sergey Dotsenko, Vladimir Stern, Mustafa Bilalov, Gennadi Denisov;

Yarımmüdafiəçilər: Mircalal Qasımov, Mixail An, Berador Abdurahmov;

Hücumçular: Stanislav Stadnik, Gennadi Krasnitski, Vladimir Fyodorov.