
"Neftçi"nin sabiq futbolçusu Hindistanda özünə klub tapdı
- 04 Dek 2021 13:00
- 644
Ötən mövsüm "Neftçi"də icarə əsasında çıxış edən Prins İbarra özünə yeni klub tapıb.
Rekord.az xəbər verir ki, konqolu forvard karyerasını Hindistanda davam etdirəcək. Hücumçu “Benqaluru” ilə anlaşıb. "Mavilər" futbolçu ilə "1+1" illik saziş imzalayıblar.
Qeyd edək ki, Prins İbarra artıq yeni komandasının heyətində 3 qarşılaşmada meydana çıxıb və 1 dəfə də fərqlənib.