“Neftçi”nin rəsmi mağazasında rekord satış!
- 20:30
- 35
“Neftçi” PFK-nın rəsmi mağazasında satış rekordu qeydə alınıb.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
2025/26 mövsümündə 7837 ədəd məhsul satılıb. Bunlardan 1374-ü rəsmi oyun formasıdır. Bu göstərici klub tarixində rekorddur.
“Hər alınan məhsul azarkeşliyin isbatıdır. Təşəkkürlər, “Neftçi” azarkeşi!”, deyə klubun açıqlamasında qeyd edilib.