“İnter” qapıçısı ilə vidalaşdı
- 14:40
- 35
İsveçrə millisinin sabiq qapıçısı Yann Zommer "İnter" klubunu tərk edib.
Rekord.az İtaliya A Seriyası təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 37 yaşlı qolkiper müqavilə müddəti başa çatdıqdan sonra komandadan ayrılıb.
Y.Zommer 2023-cü ilin yayından Milan təmsilçisində çıxış edirdi. O, "İnter"in heyətində 2 dəfə İtaliya A Seriyasının çempionu olub, həmçinin ölkə kubokunu və Superkubokunu qazanıb.
Qeyd edək ki, Y.Zommer 2025/2026 mövsümündə 43 matçda meydanda olub, 42 qol buraxıb və 19 görüşdə qapısını toxunulmaz saxlayıb. "Transfermarkt" portalı onun dəyərini 2 milyon avro qiymətləndirir.