"Neftçi" yeni mövsümə hazırlığın ikinci mərhələsinə start verib.


Rekord.az xəbər verir ki, bu barədə "ağ-qaralar"ın mətbuat xidməti məlumat yayıb.


İyunun 29-da Bakıdan Sloveniyaya yollanan komanda bu gün Moravske Toplitse şəhərində səhər məşqinə çıxıb. Təlim-məşq toplanışı axşam məşqi ilə davam edəcək.


Sabah da baş məşqçi Yuri Vernidubun rəhbərliyi altında iki dəfə hazırlıq keçəcək "ağ-qaralar" iyulun 2-də ilk yoxlama oyununa çıxacaq.


Qeyd edək ki, "Neftçi"nin Sloveniya toplanışı iyulun 14-dək davam edəcək.