Sumqayıtda cüdo turniri keçirilib
- 09:00
- 35
Abşeron - Xızı Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 28 iyun 2026-cı il tarixində Sumqayıt Olimpiya İdman Kompleksində cüdo idman növü üzrə 2013-2015; 2016-2018-ci il təvəllüdlü oğlanlar arasında İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin birinciliyi keçirilib.
Rekord.az xəbər verir ki, məqsəd cüdo idman növünün təbliği və inkişafı, idmançıların idman ustalığının artırılması, məktəbin yığma komandasının komplektləşdirilməsidir.
Qalib və mükafatçılar Regional idarə tərəfindən diplom və medallarla təltif olunub.