"Naqelsmann heç futbol oynamayıb, köməkçilərinin adını da bilmirəm"
- 08:15
- 33
Almaniya millisinin sabiq qapıçısı Yens Leman millinin Paraqvaya məğlubiyyətini şərh edib.
Rekord.az xəbər verir ki, o, baş məşqçi Yulian Naqelsmannın təcrübəsizliyini önə çəkib.
Həmçinin, onun futbol oynamadığını qabardıb: "Söhbət məşqçinin nə öyrədə biləcəyindən gedir. Məsələn, bu günün məşqçilərinə baxsanız, Nagelsmann heç vaxt futbol oynamayıb. Mən hətta onun məşqçilər heyətindəki köməkçilərin adlarını belə bilmirəm. Bizim Frans Bekkenbauer, Rudi Föller, Yurgen Klinsmann və Berti Foqts kimi fantastik məşqçilərimiz olub. Naqelsmann son 30-40 il ərzində ilk məşqçidir ki, futbol oynamayıb. Onun köməkçiləri də həmçinin. Təsəvvür edin, sən top-futbolçu kimi millinin düşərgəsinə gəlirsən, amma sənə oyunun detallarını izah edə bilmirlər. Halbuki sənin inkişafın və uğur qazanmağın üçün detal çox önəmlidir. Hər şey detallardan asılıdır".