Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Neftçi”nin rəqibi olan Kiprin “Aris” komandası yoxlama oyunu keçirib.

Rekord.az xəbər verir ki, Limassol klubu Xorvatiyanın "Slaven Belupo" komandası ilə qarşılaşıb.

6 qolun qeydə alındığı oyun Xorvatiya təmsilçisinin qələbəsiylə yekunlaşıb – 4:2. İlk hissədən sonra "Aris" 2 top fərqi ilə öndə olsa da, ikinci yarıda 4 qol buraxaraq məğlub olub.

“Neftçi”nin "Aris"lə ilk oyunu iyulun 21-də Kiprdə, cavab görüşü isə iyulun 28-də Bakıda baş tutacaq.