Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan Kipr "Aris"i yeni futbolçu transfer edib.

Rekord.az xəbər verir ki, Limasson klubu slovakiyalı yarımmüdafiəçi Yulius Şekeni heyətinə qatıb.

27 yaşlı oyunçu ilə müqavilənin müddəti bəlli deyil. Şeke ötən mövsüm İsrailin "Hapoel" (Kiryat Şmona) komandasının heyətində 14 görüşə çıxıb. O, 2018-2021-ci illər aralığında Belarusun "Şaxtyor" (Soliqorsk) komandasında 100-dən çox oyunda forma geyinib, 6 qol vurub.

"Neftçi" "Aris"lə ilk oyununu iyulun 21-də, cavab görüşünü iyulun 28-də evdə keçirəcək.