
“Neftçi”nin legioneri ölkəsinin millisinə dəvət alıb
- 13 Noy 2023 21:07
- 283
"Neftçi"nin futbolçusu Kilan Lebon Sent Martin millisinə dəvət alıb.
Rekord.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi noyabrın 13-dən 21-dək keçiriləcək Şimali, Mərkəzi Amerika və Karib hövzəsi (CONCACAF) üzrə Millətlər Liqasının oyunları üçün yığmaya cəlb edilib.
Lebon Sent Martin millisinin heyətində 2 oyuna çıxıb.