“Neftçi” PFK-nın qış fasiləsindəki hazırlıq planı müəyyənləşib. 

Rekord.az xəbər verir ki, bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, komanda yanvarın 4-dən 21-dək "Türk Hava Yolları Futbol Mərkəzi”ndə təlim-məşq toplanışı keçəcək.

Yerli futbolçular yanvarın 4-də, legionerlər isə ayın 7-dək bir araya gələcəklər. Toplanış çərçvəsində bir yoxlama oyununun keçirilməsi nəzərdə tutulub. Ayın 9-da baş tutacaq matçın məkanı, saatı və rəqib haqda daha sonra məlumat veriləcək.

Qeyd edək ki, "Neftçi” Premyer Liqada növbəti oyununu yanvarın 21-də keçirəcək. "Ağ-qaralar” həmin gün "Səbail”in qonağı olacaq.