Xəbər verdiyimiz kimi, Afrika Millətlər Kubokunda Çad yığması ilə qarşılaşacaq Qvineya seçməsinin heyəti açıqlanıb və milliyə dəvət alan 22 futbolçu arasında "Neftçi"nin yarımmüdafiəçisi Mamadu Kane də var.

Rekord.az xəbər verir ki, 2018-ci ildən flaqmanın formasını geyinən 23 yaşlı oyunçu ilk dəfə ölkəsinin əsas yığmasına çağırılıb.

Ümumiyyətlə "Neftçi"yə gələndən sonra Kanedə yüksəliş hiss olunur və milliyə dəvət alması da bununla bağlıdır. Bundan başqa, əldə etdiyimiz məlumata görə, bu futbolçunun xidmətində maraqlı olan bəzi Avropa klubları da var. Həmin klublar daha çox Belçika və Fransanın ikinci liqasını təmsil edir. Lakin "Neftçi" ilə müqaviləsi olduğundan Kanenin harasa gedəcəyi inandırıcı görünmür.