“Neftçi”nin futbolçusu “Rapid”lə oyunda sıradan çıxdı
- 2022-08-11 22:58
- 347
“Neftçi”nin müdafiəçisi Azər Salahlı zədələnib.
Rekord.az xəbər verir ki, 28 yaşlı müdafiəçi Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Avstriyada “Rapid”ə qarşı keçirdikləri cavab oyununda sıradan çıxıb.
Salahlının əvəzində 20-ci dəqiqədə meydana Mert Çelik daxil olub.
Hələlik bu görüşdə hesab açılmayıb. Bakıdakı ilk matçda "Neftçi" 2:1 hesabı ilə qalib gəlib.