"Neftçi"nin ÇL-də növbəti sınağı
- 14:00
- 22
Qadın futbolçulardan ibarət "Neftçi" klubu bu gün UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində final oyununa çıxacaq.
Rekord.az xəbər verir ki, Siyasət Əsgərovun yetirmələri 1-ci qrupun həlledici görüşündə Yunanıstanın PAOK komandası ilə üz-üzə gələcəklər.
Yarımfinalda Monteneqronun "Buduçnost" kollektivini üstələyən "Neftçi" ilə "Hapoel"ə (Yerusalim, İsrail) qalib gələn PAOK-un dueli Bakı vaxtı ilə saat 19:30-da başlanacaq.
Yunanıstanın Veria şəhərində təşkil olunacaq matçı Moldova və Andorradan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın qalibi II təsnifat mərhələsinə yüksələcək.
25 iyul
19:30. PAOK – (Yunanıstan) - "Neftçi" (Azərbaycan)
Baş hakim: Oksana Kruk (Moldova)
Baş hakimin köməkçiləri: Valentina Zop (Moldova), Luis Akosta (Andorra)
Dördüncü hakim: Marta San Xuan (Andorra)
Veria Munisipal Stadionu