AFFA İntizam Komitəsinin iclası keçirilib.


Rekord.az xəbər verir ki, iclasda Əvəzedicilər Liqasının 6-cı turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:


“Neftçi-2” – “Araz-Naxçıvan-2” oyunu bitdikdən sonra “Neftçi-2” komandasının baş məşqçisi Rəşad Abdullayev hakimin qərarına etiraz etdiyinə görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Neftçi-2” komandası 250 manat cərimə edilib.


“Kəpəz-2” – “Qarabağ-2” oyununda “Qarabağ-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Qarabağ-2” komandası 70 manat cərimə edilib.


“Şamaxı-2” – “Sumqayıt-2” oyununda “’Sumqayıt-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “’Sumqayıt-2” komandası 70 manat cərimə edilib.


“Qəbələ-2” – “Turan Tovuz-2” oyununda topdaşıyan və xərəkdaşıyanlar olmadığına görə “Qəbələ-2” komandası 200 manat cərimə edilib.


“Zirə-2” – “Sabah-2” oyununda “Zirə-2” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Zirə-2” komandası 70 manat cərimə edilib.