"Neftçi” daha bir futbolçunun keçidini rəsmiləşdirib.


Rekord.az xəbər verir ki, Murad Xaçayevlə 2 illik müqavilə imzalanıb.


Donetsk “Şaxtyor”unun yetirməsi olan 27 yaşlı müdafiəçinin sonuncu klubu “Sumqayıt” (2019-2025) olub.


O, Sumqayıt təmsilçisində "Neftçi"nin hazırkı baş məşqçisi Samir Abasovun rəhbərliyi altında da oynayıb.


Xaçayev millinin heyətində 1 oyun keçirib.