
"Neftçi"dən Fəhminlə bağlı rəsmi açıqlama: bizə lazım deyil
- 08 İyl 2022 12:30
- 598
"Neftçi" təlim-məşq toplanışını Türkiyədə davam etdirir.
Rekord.az xəbər verir ki, ötən mövsümü icarə əsasında "Şamaxı"da keçirən Rəhman Hacıyev də hazırlıqda yer alan futbolçular arasındadır.
Amma Rəhmanla bərabər ötən il "Şamaxı"da icarədə oynamış Fəhmin Muradbəyli barəsində eyni sözləri demək olmaz.
Bakı toplanışına dəvət edilməyən yarımmüdafiəçi Türkiyəyə də aparılmadı. 25 yaşlı oyunçunun digər klublarımıza keçməsi barədə də bir məlumat yoxdur. Bir sözlə, görünən odur ki, oyunçu "havada qalıb".
Zənglərimizə cavab verməyən yarımmüdafiəçi barədə son durumu məxsus olduğu "Neftçi"nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyevdən öyrəndik: "Fəhminlə bağlı hər hansı yenilik yoxdur. Proses davam edir. Deyilib ki, özünə komanda tap. Durum hələki belədir". (sportinfo.az)