Bu yay "Neftçi"dən ayrılan braziliyalı futbolçu Tyaqo Bezerranın yeni iş yeri müəyyənləşib.

Rekord.az xəbər verir ki, 35 yaşlı hücumçu bundan sonra Səudiyyə Ərəbistanının "Əl-Aruba" klomandasının uğurları üçün çalışacaq.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər 1 illik müqaviləyə imza atıblar.

Xatırladaq ki, "Neftçi"yə 2021-ci ilin sentyabrında transfer olunmuş Bezerra 25 oyunda 10 qol vurub.