
“Neftçi”dən ayrılan futbolçu Fransa klubunda
- 14:20
- 51
“Neftçi”dən ayrılan Ervin Koffi karyerasını Fransada davam etdirəcək.
Rekord.az xəbər verir ki, 30 yaşlı müdafiəçi “Genqam” klubuna keçib.
Bu barədə 2-ci liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Koffi ilə 2 illik müqavilə imzalanıb.
Fransalı futbolçu 2023-cü ilin yayından “Neftçi”də çıxış edirdi. O, "ağ-qaralar"ın heyətində 75 rəsmi oyuna çıxıb, 3 qol vurub.