"Neftçi"dən ayrılacağı gözlənilən futbolçu "Sumqayıt"a dönə bilər
- 15:00
- 47
Rezabala böyük ehtimalla mövsümün sonunda "Neftçi"dən ayrılacaq.
Rekord.az xəbər verir ki, ekvadorlunun "ağ qaralar"la 1 illik müqaviləsi qalsa da, Vernidub onu gələcək planlarına daxil etməyi düşünmür.
Bu mənada böyük ehtimalla danışıqlar aparılıb məsələ yoluna qoyulacaq. Əldə etdiyimiz məlumata görə, Rezabala sabiq klubu "Sumqayıt"a dönə bilər. Sumqayıt təmsilçisi onun xidmətində maraqlıdır. Lakin harada oynayacağına futbolçu özü qərar verəcək.