
“Neftçi" və "Sabah"ın final seriyasında dördüncü görüşü
- 12:30
- 51
Azərbaycan Basketbol Liqasında "Neftçi" və "Sabah" arasında final seriyasının dördüncü matçı keçiriləcək.
Rekord.az xəbər verir ki, görüş Bakı İdman Sarayında, saat 19:00-da start götürəcək.
İndiyə qədər tərəflər arasında 3 oyun baş tutub. Bu qarşılaşmalardan ikisində "Sabah", birində isə "Neftçi" qələbə qazanıb.
Tərəflər arasında 5-ci oyun mayın 11-nə təsadüf edəcək. Bu matç saat 17:00-da start götürəcək.
Qeyd edək ki, final seriyasında 4 qələbə qazanan komanda Azərbaycan Basketbol Liqasının qalibi olacaq.