
“Neftçi” “Səbail”lə oyuna hazırlığı başa vurdu
- 17 May 2025 23:06
- 28
“Neftçi” Premyer Liqanın 35-ci turunda qarşılaşacağı “Səbail”lə oyuna hazırlığı başa vurub.
Rekord.az xəbər verir ki, “ağ-qaralar” bu gün “Neftçi” Futbol Mərkəzində oyunöncəsi son məşqinə çıxıb.
Futbolçular – Emil Səfərov, Rafael Quzzo, Höccət Haqverdi və Yuri Matias zədə səbəbindən, Elvin Camalov isə cəzalı olduğu üçün bu görüşü buraxacaqlar.
Mayın 18-da “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Səbail” oyunu saat 17:00-da başlanacaq.