“Neftçi” “Sabah”a uduzdu
- 21:00
- 30
Azərbaycan Basketbol Liqasında 16-cı tur başa çatıb.
Rekord.az xəbər verir ki, turun son matçında "Sabah" "Neftçi" ilə üz-üzə gəlib.
Bakı İdman Sarayında baş tutan matçda "Sabah" qələbə qazanıb - 98:79.
Turun daha əvvəl keçirilən görüşlərində "Sumqayıt" "Lənkəran"ı (102:77), "Quba" "Sərhədçi"ni (97:89), "Ordu" "Naxçıvan"ı (95:92) "Gəncə" NTD-ni (104:85), "Abşeron Lions" "Şəki"ni (92:85) məğlub edib.