"Neftçi" "Qarabağ"ın sabiq futbolçusu Patrik Andradeyə təklif göndərib.

Rekord.az xəbər verir ki, hazırda "Partizan"da çıxış edən futbolçuya yenidən Azərbaycana qayıtmaq təklif olunub.

"Neftçi" rəhbərliyi transferin qışda baş tutmasını istəyir. Lakin qışda alınmasa belə, yayda da Andrade ilə anlaşmaya razıdırlar. Sadəcə, bu məsələdə futbolçunun nə düşünəcəyi maraqlıdır ki, saytımıza daxil olan məlumata görə, Andrade hələ ki, bu təklifə heç bir cavab verməyib.