Kişi voleybolçuların ölkə birinciliyində daha bir oyun baş tutub. "Rekord.az" xəbər verir ki, VI tur çərçivəsində "MOİK" və “Neftçi”lə üz-üzə gəlib.

Matç “Neftçi”nin qələbəsi ilə başa çatıb. İlk hissəni 25:18 hesabı ilə aktivinə yazdıran Pərviz Səmədovun komandası sonrakı setlərdə də qalib gəlib - 25:23, 25:18.

Turnir cədvəli : “Murov” 14 xalla turnir cədvəlində liderliyini davam etdirir. 9 xala malik “Xarı bülbül” ikinci, 9 xalla “Neftçi” üçüncü yerdə qərarlaşıb. MOİK isə 1 xalla sonuncudur.

Yüksək Liqa

VI tur
    "MOİK" - “Neftçi” 0:3 (18:25, 23:25, 18:25)