"Neftçi"nin heyətinə qatmaq istədiyi növbəti əcnəbi futbolçunun kimliyi məlum olub.

Rekord.az xəbər verir ki, klubdan sportinfo.az-a verilən məlumata görə, son çempion Braziliyalı mərkəz müdafiəçisi Eduardo Mançha ilə danışıqlar aparır. Ona iki illik müqavilə təklif olunub.

Son klubu Portuqaliyanın "Farense" klubu olan 25 yaşlı müdafiəçi "Seara" komandasının yetirməsidir. O, son mövsüm 22 oyunda meydana çıxıb və 2 qol vurmağı bacarıb.

Eduardo Portuqaliya təmsilçisindən başqa İranın "Maşın Sazi", Maltanın "Birkirkara" komandalarının da şərəfini qoruyub.