“Karvan-Yevlax” bu gün Misli Premyer Liqasının 30-cu turnda “Neftçi”ni qəbul edib.


Rekord.az xəbər verir ki, 0:3 hesabı ilə məğlub olan Yevlax təmsilçisinin baş məşqçisi Füzuli Məmmədovun oyundan sonra mətbuat konfransı keçirilib. Məmmədov danışılası çox şeyin olmadığını bildirib:


“Oyunla bağlı çox danışmağı lüzum görmürəm. Ciddi hazırlaşmışdıq, evdə oynayırdıq deyə, düşünürdük ki, daha yaxşı oynayacağıq. Danışılası çox şey yoxdur. Mövqe səhvindən qol buraxdıq. Düşünmürəm ki, birinci qol bizi “sındırdı”. İkinci qoldan sonra isə oyunçularda ruh düşkünlüyü yarandı. Çünki geridönüş etmək çətin idi.


Qarşıda üç tur qalıb. Çalışacağıq ki, sona kimi mübarizə aparaq. “Neftçi”ni təbrik edirəm və futbolçularıma təşəkkür edurəm. Bugünkü oyuna çox ciddi hazırlaşmışdıq, amma olmadı. “Qəbələ” ilə arada 6 xallıq fərq var. Qarşıdakı oyunlara ciddi hazırlaşıb, bu fərqi aradan qaldırmağa çalışacağıq”.