
“Neftçi” futbolçusu ilə vidalaşdı
- 24 İyn 2025 21:30
- 184
“Neftçi” futbolçusu Ervin Koffi ilə yollarını ayırıb.
Rekord.az xəbər verir ki, fransalı müdafiəçinin başa çatan müqavilə müddəti yeniləməyib.
2023-cü ilin yayında transfer olunmuş Koffi “Neftçi”nin heyətində 75 rəsmi oyuna çıxıb, 3 qol vurub.