“Neftçi” “Dinamo”ya qalib gəlsə də...
- 22:55
- 35
“Neftçi” bu gün Konfrans Liqasında növbəti oyununa çıxıb.
Rekord.az xəbər verir ki, paytaxt klubu 2-ci təsnifat mərhələsinin cavab oyununda Belarusun “Dinamo” (Minsk) komandasının qonağı olub.
İlk oyunda 2:4 hesabıyla uduzan “Neftçi” Bolqarıstanda baş tutan cavab görüşündə çox çətin vəzifənin öhdəsindən gəlməyə çalışıb. Amma Azərbaycan təmsilçisi 1:0 hesabıyla qalib gəlməsinə rəğmən, Konfrans Liqası ilə vidalaşıb.
Konfrans Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunu
30 iyul
Dinamo (Minsk) – Neftçi 0:1
Qol: Breno Almeyda, 12.
Baş hakim: Tim Marşall (Şimali İrlandiya).
Beroe şəhər stadionu.
Dinamo: 1. İvan Şimakoviç, 7. Yevgeni Malaşeviç, 8. Aleksandr Selyava (k), 10. Karen Vardanyan, 12. Aleksey İvanov, 25. Abdul Aziz Ture, 26. Vladislav Kalinin, 30. Mustafa Djimet, 42. Favaz Abdullahi, 44. Qleb Qurban, 78. Artyom Sokolovski.
Ehtiyat oyunçular: 21. Danila Radkeviç, 3. Maksim Şevtsov, 5. Daniel Duşevski, 9. Andrey Lutskoviç, 11. Gülyigit Alikulov, 13. Vladislav Poloz, 19. Rayan-Elie Quybero, 23. Aleksey Jeçko, 24. Aleksey Vakuliç, 27. Mixail Aleksandrov, 67. Roman Bequnov, 80. Leonard Quet.
Baş məşqçi: Aleksandr Şaqoyka.
Neftçi: 1. Emil Balayev, 3. Rüfət Abbasov, 8. Emin Mahmudov (k), 11. İmad Faraj, 17. Murad Xaçayev, 18. İfeanyi Metyu, 20. Qustavo Klisman, 29. Lyubomir Tupta, 33. Breno Almeyda, 55. Endryu Qravilyon, 77. Falaye Sako.
Ehtiyat oyunçular: 13. Kenan Piriç, 93. Rza Cəfərov, 4. Elvin Camalov, 5. İqor Ribeyro, 6. Sessi D Almeyda, 7. Emil Səfərov, 14. Elvin Bədəlov, 19. Ağadadaş Salyanski, 24. Mustafa Sek, 82. Məhəmməd Məmmədli, 97. Bassala Sambu.
Baş məşqçi: Yuri Vernidub.