“Neftçi” adına layiq çıxış edirik” – Vernidub
- 22:01
- 36
“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Misli Premyer Liqasının 31-ci turu çərçivəsində “Şamaxı”ya qarşı keçirdiyi ev oyunu haqda danışıb.
Rekord.az xəbər verir ki, o, 3:0 hesablı qələbə haqda bunları deyib:
“Lobanovski böyük əfsanədir, böyük məşqçidir. Deməzdim ki, mən onu yaxşı tanıyıram və onun sistemini tətbiq etməyə çalışıram. Biz “Neftçi” adına layiq çıxış edirik. Bu elə komandadır ki, gərgin çıxış etməlidir. Bizdən aşağı mövqedə olan komandalara qarşı tez qol vurursansa, oyun yaxşı gedir. Bu bizdə bəzən yaxşı alınır. Mənə çox xoşdur ki, oyunçularım axıra qədər mübarizə aparırlar. “Qarabağ”a 2:1 hesablı qalib gəldiyimiz oyunda fərqli çıxış etdik və bu da bizə uğur gətirdi.
Bizim başqa çıxış yolumuz yoxdur. Hazırda turnir cədvəlinə baxsaq, “Zirə” ilə aramızda 3 xal fərqi var. Amma bu, hələ heç nə demək deyil. “Sabah”la oyunda da qələbə üçün oynayacağıq. “Sabah” titulu götürsə, bu mövsümü iki çempionluqla bitirəcəklər. Gəlin, biz də, titul üzərində çalışaq, sonra “Sabah” haqda danışaq”.
Məşqçi, eyni zamanda, komandanın qapıçıları haqda danışıb:
“Mən burda xüsusi bir şey görmürəm. Kənan Piriç də Emil Balayev kimi yaxşı qapıçıdır. Sadəcə “Qarabağ”a böyük hesablı məğlubiyyətdən sonra Balayevə şans vermək qərarına gəldim. Gələcək üçün də deyə bilərəm ki, bizim iki eyni səviyyəli yaxşı qapıçımız var. Bu formalarını saxlasalar, onlara şans veriləcək. Ümumilikdə hər bir oyunçuya şans veriləcək. Kimlər üzərində yaxşı çalışacaqsa, onlara şans veriləcək. Bu, bizim futbol həyatımızdır”.