Nazir Ər-Riyadda Azərbaycan idmançıları ilə görüşüb
- 16:00
- 30
VI İslam Həmrəyliyi Oyunları çərçivəsində Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda səfərdə olub.
Rekord.az GİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, nazir noyabrın 7-də atletlər kəndinə baş çəkib, İslamiadada iştirak edən Azərbaycan idmançıları ilə görüşüb.
İdmançıların yaşayış, məşq və qidalanma şəraiti ilə maraqlanan nazir, hazırlıq prosesi barədə məlumat alıb.
F.Qayıbov idmançılara yarışlarda uğurlar arzulayıb, yaradılan şəraitin daha da yaxşılaşdırılması ilə bağlı məsul şəxslərə müvafiq tapşırıqlar verib.