“Naxçıvan”la “Ordu” üz-üzə
- 13:40
- 29
Azərbaycan Basketbol Liqasında 16-cı turun daha bir oyunu keçiriləcək.
Rekord.az xəbər verir ki, bu gün B qrupunda "Naxçıvan" klubu "Ordu" ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı İdman Sarayında, saat 19:00-da start götürəcək.
"Naxçıvan" B qrupunda 27 xalla ikinci pillədə qərarlaşıb. "Ordu" 29 xalla qrupun lideridir.
Tura fevralın 8-də yekun vurulacaq. Daha əvvəl "Sumqayıt" "Lənkəran"ı (102:77), "Quba" isə "Sərhədçi"ni (97:89) məğlub edib.