5 Dekabr – Beynəlxalq Könüllülər Günü münasibətilə hazırlanan “Naxçıvan Könüllülərinin Birlik Həftəsi” proqramı çərçivəsində növbəti tədbirlər reallaşıb.

 

Rekord.az xəbər verir ki, oğlanlar arasında voleybol birinciliyinin ardınca bu dəfə qızlar meydanda olub.

 

İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən voleybol yarışında 5 komanda qələbə uğrunda mübarizə aparıb. Final qarşılaşmasında “Könüllü gömrükçülər”dən üstün olan “Ekologiya könüllüləri” birinciliyin qalibi olub.

Gənclər Mərkəzində isə “Nə? Harada? Nə zaman?” İntellektual Oyunu keçirilib. 8 komandanın intellekt yarışında qalib Gənclər Fondunun könüllüləri olub.

Qeyd edək ki, sabah “Naxçıvan Könüllülərinin Birlik Həftəsi”nin yekun tədbirində yarışların qalibi olan komandalar və fərqlənən gənclər mükafatlandırılacaqlar.