“Naxçıvan” “Lənkəran”a qarşı
- 13:40
- 46
Azərbaycan Basketbol Liqasında (ABL) 18-ci turun daha bir oyunu keçiriləcək.
Rekord.az xəbər verir ki, "Naxçıvan" bu gün "Lənkəran" komandası ilə üz-üzə gələcək.
Qarşılaşma Sərhədçi İdman Mərkəzində, saat 20:00-da start götürəcək.
Naxçıvan təmsilçisi B qrupunda 30 xalla ikinci pillədə qərarlaşıb. "Lənkəran" isə 21 xalla sonuncu - altıncıdır.
Tura martın 8-də yekun vurulacaq. Ötən gün "Sumqayıt" "Quba"nı (117:116), "Sərhədçi" "Ordu"nu (70:67) məğlub edib.