"Leyptsiq"in baş məşqçisi Yulian Naqelsmann futbolçulardan hansını çalışdırmaq istədiyi ilə bağlı suala cavab verib.

Rekord.az xəbər verir ki, o, "Sport Bild"ə açıqlamasında "Yuventus"un hücumçusu Kriştiano Ronaldo ilə işləmək istədiyini deyib:

"Ronaldo ilə çalışmaq maraqlı olardı. Kənardan tez-tez yalnız yaxtasının şəklini yerləşdirən bir insanı görə bilərsiniz. Ancaq Xedira mənə Ronaldonun məşqə peşəkar yanaşmasından danışdı və bu, təsir edicidir.

Deyəsən, hazırlığa ilk gələn və son gedən bir məşq canavarıdır. Halbuki çox mehriban insandır".