
Nağıyevin komandası səfər matçında darmadağına üzüldü
- 09 May 2023 17:21
- 330
Futbol üzrə Ukrayna Premyer Liqasında 25-ci turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının sabiq müdafiəçisi Dmitri Nağıyevin formasını geyindiyi “İnqulets” də növbəti matçına çıxıb.
Sözügedən kollektiv “Rux”un qonağı olub. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:3.
Nağıyev bu görüşə start heyətdə başlayıb və 56-cı dəqiqədə əvəzlənib.
“İnqulets” hazırda 27 xalla 16 kollektiv arasında 10-cu sırada qərarlaşıb.