İngiltərənin “Mançester Yunayted” klubu yeni rekorda imza atıb.

Rekord.az xəbər verir ki, “qırmızı şeytanlar” Premyer Liqada ardıcıl 11 səfər oyununda azı 2 qol vurmağı bacaran ilk komanda olub.

“Mançester Yunayted” bu göstəriciyə Premyer Liqanın 15-ci turunun “Lester Siti” ilə səfər matçında nail olub. Ole-Qunnar Sulşerin rəhbərlik etdiyi kollektiv bu oyunda 2:2 hesablı heç-heçəyə nail olub.

Qeyd edək ki, “Mançester Yunayted” 15 turdan sonra topladığı 27 xalla 3-cü pillədə qərarlaşıb.