"Mançester Yunayted" klubu 39 yaşlı qapıçı Tom Hitonla müqavilə müddətini uzadıb.


Rekord.az İngiltərə təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, təcrübəli qolkiperlə 1 illik müqavilə bağlanıb.


Tom Hiton 2024/2025 mövsümündə "Mançester Yunayted"in əsas heyətində oyun keçirməyib.