Ölkəmizi avrokubokda təmsil edən voleybolçu kişilərdən ibarət "Murov" klubunun növbəti oyunlarının vaxtı bəlli olub. "Rekord.az" xəbər verir ki, "Challenge Cup"da mübarizə aparan komandamızın 1/8 finaldakı rəqibi Niderlandın "Orion" kollektivi olacaq.

Cütün ilk qarşılaşması dekabrın 1-də Niderlandda baş tutacaq. Həmin görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Komandaların cavab matçı isə dekabrın 15-də Bakıda keçiriləcək. Voleybol Mərkəzində təşkil olunacaq oyunun start fiti saat 18:00-da çalınacaq.