Voleybolçu kişilərdən ibarət "Murov" klubu avrokubokda növbəti oyununa çıxıb. "Rekord.az" xəbər verir ki, komandamız "Challenge Cup"da 1/16 final mərhələsində Avstriyanın "Holding Graz" klubu ilə üz-üzə gəlib.

Tərəflərin qarşılıqlı razılığına əsasən hər iki qarşılaşma Bakıda təşkil olunur. Bir qədər əvvəl başa çatmış ilk görüş təmsilçimizin üstünlüyü ilə keçib. 3 hissə davam edən matçda "Murov" rəqibini quru hesabla məğlub edib. Beləliklə, Zəfər Günündə möhtəşəm qələbə qazanan komandamız növbəti mərhələ şansını artırıb. 

Qeyd edək ki, cütün cavab oyunu sabah keçiriləcək. Qarşılaşma Voleybol Mərkəzində saat 18:00-da start götürəcək.

Challenge Cup

1/16 final

   "Murov" (Azərbaycan) - "Holding Graz" (Avstriya) 3:0 (25:13, 25:18, 25:23)