Ölkəmizi voleybol üzrə avrokubokda təmsil edən kişilərdən ibarət "Murov" klubu növbəti mərhələyə yüksəlib. "Rekord.az" xəbər verir ki, komandamız "Challenge Cup"ın 1/32 finalında Xorvatiyanın "Kitro Varazdin" kollektivi ilə üz-üzə gəlib.

İlk qarşılaşmada quru hesablı qələbə qazanan komandamıza cavab görüşündə iki set kifayət edirdi. İlk setdə məğlub olan Bakı klubu növbəti hissələrdə qələbə qazanıb. Bununla da "Murov" hər iki qarşılaşmanı qalib başa vuraraq 1/16 finala yüksəlib.

Qeyd edək ki, 1/16 finalda komandamızın rəqibi Avstriyanın "Holding Graz" klubu olacaq. Cütün ilk oyunu noyabrın 8-də Bakıda Voleybol Mərkəzində keçiriləcək.

Challenge Cup
1/32 final, ikinci oyun
   "Murov" - "Kitro Varazdin" 3:1 (23:25, 25:18, 25:20, 25:17