Voleybolçu kişilərdən ibarət "Murov" klubu avrokubokda növbəti mərhələyə yüksəlib. "Rekord.az" xəbər verir ki, "Challenge Cup"da mübarizə aparan komandamız 1/16 finalda Avstriyanın "Holding Graz" klubu ilə üz-üzə gəlib.

İlk görüşdə quru hesabla qələbə qazanan təmsilçimizə bu qarşılaşmada iki set də kifayət edirdi. Lakin "Murov" tapşırığı artıqlaması ilə yerinə yetirib və yenə rəqibinə set verməyib. Beləliklə, hər iki görüşdə qələbə qazanan "Murov" yarışın 1/8 final mərhələsinə adlayıb.

Challenge Cup
1/16 final, cavab oyunu
   "Murov" (Azərbaycan) - "Holding Graz" (Avstriya) 3:0 (25:13, 25:12, 25:23)