"Sabah"ın baş məşqçisi Murad Musayev "Partizan"la cavab oyunun öncəsi "Sumqayıt"la II tur matçının təxirə salınmasının effektli olmadığını ilk dəfə etiraf edib.

Rekord.az xəbər verir ki, rusiyalı məşqçi "Turan Tovuz"la son çempionat matçından sonra Rekord.az-ın Tovuza ezam olunmuş əməkdaşının bununla bağlı sualını cavablandırarkən bu etirafı edib.

Musayevin fikirlərini sizə təqdim edirik: "Biz o vaxtı bu qərarı qəbul edəndə düşünürdük ki, "Partizan"la cavab oyununa daha yaxşı hazırlaşaq, səfərdə daha uğurlu nəticə qazanaq. Həmin vaxt bu qərarın səhv, və ya düz qərar olması haqda düşünmürdük. Düşüncəmiz o idi ki, Azərbaycan futbolunu Avropada daha yaxşı təmsil edək. Amma alınmadı. Bu haqda hazırkı düşüncəmə gəlincə, indiki eyni durum olsaydı, "Sumqayıt"la oyunu təxirə salmazdım".