“Müdafiədə yaxşı çıxış etmirik” - Renduliç
- 29 Sen 2024 21:54
- 129
"Sabah"ın baş məşqçisi Krunoslav Renduliç Premyer Liqanın 8-ci turu çərçivəsində səfərdə "Qarabağ"a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, 2:3 hesabı ilə məğlub olduqları matçla bağlı bunları söyləyib:
"Qarabağ"ı təbrik edirəm. Onlar bu gün qələbəyə layiq idilər. Təəsssüf ki, ilk 10 dəqiqədə oyuna kifayət qədər köklənə bilmədik və 2 qol buraxdıq. Ondan sonra hesabı bərabərləşdirmək çətin idi. İlk hissənin sonlarında qol vurduq. Bilirdim ki, ikinci hissədə qol şanslarımız olacaq. Təəssüf ki, iki əla fürsəti əldən verdik. Oyunçularımı təbrik edirəm. 0:3-dən sonra geridönüş etmək çətindir. Futbolçularım çox yaxşı oynadılar, çalışdılar ki, hesabı bərabərləşdirsinlər.
Mən elə məşqçi deyiləm ki, hər futbolçunu 2-3 oyundan bir dəyişim. O demək deyil ki, Yusif İmanov pis çıxış edib. Nicat Mehbalıyev çox yaxşı çalışır. Sofia Çaklanın yerinə İqoru da oynatmışdım. Bu, faktdır, çox qol buraxırıq. Cəhd edirəm ki, nələrisə dəyişim. Daha yaxşı nəticələr istəyiriksə, bu qədər qol buraxmamalıyıq. Fakt odur ki, müdafiədə yaxşı çıxış etmirik. Amma hücumda yaxşıyıq”.