İtaliyanın "Montsa" klubunun yeni baş məşqçisi müəyyənləşib.


Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.


Komandanın "sükanı arxasına" xorvatiyalı İvan Yuriç gətirilib.


Yuriç 2025-ci ildən A Seriyasının digər təmsilçisi "Atalanta"ya rəhbərlik edirdi.