Modriç futbol tarixində yığmada 200 oyun keçirən 4-cü oyunçu oldu
- 14:40
- 36
Luka Modriç Panama ilə DÇ-2026-nın qrup mərhələsinin oyununda Xorvatiya yığmasının start heyətində meydana çıxmaqla milli komandada 200-cü matçını keçirib.
Rekord.az xəbər verir ki, L qrupunun qarşılaşmasında forma geyinən 40 yaşlı yarımmüdafiəçi futbol tarixində bu göstəriciyə çatan 4-cü oyunçu olub.
Hazırda millidə ən çox oyun keçirən futbolçu rekordu Kriştianu Ronaldoya məxsusdur. O, Portuqaliya yığmasında 230 matçda meydana çıxıb. Küveyt yığmasının üzvü Bader əl-Mutava (202) ikinci, argentinalı Lionel Messi (201) üçüncüdür.
Qeyd edək ki, Xorvatiya - Panama matçı birincilərin 1:0 hesablı qələbəsi ilə başa çatıb.